Xəbər lenti

İstanbula uçan təyyarə məcburi Bakıya endi
Ölkə10:53 28.09.2025

İstanbula uçan təyyarə məcburi Bakıya endi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Turkish Airlines” aviaşirkətinə məxsus, Aşqabad – İstanbul marşrutu üzrə hərəkət edən Airbus A321 tipli hava gəmisinin kapitanı göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış kəskin problemlə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.
Aeroportdan Qaynarinfo-ya verilən məlumata görə, təyyarə yerli vaxtla saat 08:30-da Bakı hava limanına təhlükəsiz şəkildə eniş edib.
Sərnişinə hava limanında dərhal təcili tibbi yardım göstərilib və səhhəti nəzarətə götürülüb.
Heydər Əliyev Beynəlxalq Aeroportu hər zaman beynəlxalq təhlükəsizlik normalarına və operativ reaksiya standartlarına uyğun fəaliyyət göstərərək, aviadaşıyıcılara və sərnişinlərə etibarlı dəstək göstərir.