Türkiyə Kəşfiyyat Xidməti (MİT) və İstanbul Polisi Kəşfiyyat və Terrorla Mübarizə İdarəsi Bəyoğlu, Bəylikdüzü və Böyükçəkməcə rayonlarında keçirdiyi əməliyyat zamanı 8 İran vətəndaşı saxlanılıb.
	
Qaynarifo bu barədə "Anadolu" agentliyinə istinadən xəbər 
verir.
 
	
Həmin şəxslərdən 7-sinin məhkəməsi yekunlaşıb. Məhkəmə həmçinin təqsirləndirilənlərdən dördünün həbsi, digərinin isə şərti azadlığa buraxılması barədə qərar çıxarıb.
	
Xatırladaq ki, iyunun 23-də MİT və türk polisinin keçirdiyi əməliyyat zamanı Türkiyədə İsrail vətəndaşlarına hücum hazırlamaqda ittiham olunaraq 8 iranlı həbs edilib və pasportları, bəzi nağd pulları, çoxlu sayda rəqəmsal və təşkilati sənədlər müsadirə edilib.
             
            
Şərhlər