
UEFA Avropa Liqasında 1/16 final mərhələsinin görüşlərinə İstanbulda start verilib.
Qaynar.info xəbər verir ki, bu turnirə aid günün yeganə qarşılaşmasında Türkiyənin "Fənərbaxça" klubu Şükrü Saraçoğlu adına stadionda Rusiyanın "Lokomotiv" komandasını qəbul edib.
Hər 2 ölkənin siyasi durumunu nəzərə alsaq, komandaların bu görüşü maraqla gözlənilirdi. Matça gəlincə, qalib tərəf türklər olub. "Fənərbaxça" braziliyalı yarımmüdafiəçi Jozef da Silvanın 18 və 72-ci dəqiqələrdə vurduğu qollarla qalib gəlib.
Bu matçda atası azərbaycanlı olan Aleksandr Səmədov 90 dəqiqə Moskva klubunun heyətində meydanda olub. O, xorvat müdafiəçi Vedran Çorlukanın yoxluğunda "Lokomotiv"i meydana kapitan qismində çıxarıb. Tərəflər arasındakı cavab qarşılaşması Moskvada keçiriləcək.
Qeyd edək ki, bəzi mənbələrdə bu görüş Osmanlı və Rusiya imperiyaları arasındakı müharibələrə bənzədilirdi.
Qaynar.info