Xəbər lenti

İstehlakçılar
Video 16:30 18.07.2026

İstehlakçılar "bulaq suyu" adı altında su alarkən nəyə diqqət etməlidirlər? (VİDEO)

Qablaşdırılmış su bazarında seçim kifayət qədər çoxdur. Lakin bəzi məhsulların üzərində "bulaq suyu" ifadəsi yazılsa da onlarn bulaqla heç bir əlaqəsi yoxdur.

Mütəxəssislərin sözlərinə görə, bəzi istehsalçılar marketinq məqsədilə qablaşdırmada bulaq təsvirlərindən, dağ mənzərələrindən və oxşar ifadələrdən istifadə edərək alıcılarda məhsulun təbii bulaq suyu olması ilə bağlı təəssürat yaradır. Lakin çoxu filtrasiya edilmiş kran suyudur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov aidiyyəti qurumların bu məsələdə mütəmadi monitorinq keçirməsini vacib sayır.

Məsələ ilə bağlı AQTA-dan bildirilib ki, agentlik tərəfindən mütəmadi olaraq həyata keçirilən dövlət nəzarəti tədbirləri çərçivəsində, müxtəlif adlar altında satılan qablaşdırılmış su məhsullarından laborator müayinələr üçün nümunələr götürülür.

Agentlik həmçinin vətəndaşlara qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə "1003-Çağrı Mərkəzi"nə məlumat verməyi tövsiyə edir.//Xəzər TV


Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->