Xəbər lenti

İstehsalçı şirkətlərdən biri unun satış qiymətini artırıb
Ekonomiks14:33 03.02.2025

İstehsalçı şirkətlərdən biri unun satış qiymətini artırıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda unun topdansatışı ilə məşğul olan "ATS MİLL" MMC qiymətləri artırıb.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkət unun topdansatış qiymətini 0,1 manat artırıb.
Belə ki, istehsalçı şirkət hazırda 50 kq-lıq un kisəsini 27,20 manata təklif edir. Bu günədək isə 50 kq-lıq un kisəsinin satış qiyməti 27,10 manat təşkil edirdi.
Fevralın 3-nə olan məlumata görə, digər un istehsalçıları isə topdansatış qiymətini dəyişməyib. 
Qeyd edək ki, fevral ayının 1-dən etibarən marketlərdə 55 qəpiyə satılan 510 qramlıq zavod çörəyi ilə yanaşı, yeni çəkidə, yeni qiymətə - 65 qəpiyə 620 qramlıq zavod çörəyi ikinci çeşid kimi tədarük olunmağa başlayıb.