Xəbər lenti

İstirahət mərkəzində yaralanan fəhlələrin son durumu
Ölkə08:43 13.04.2017

İstirahət mərkəzində yaralanan fəhlələrin son durumu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhəri, Səbail rayonunun Şıx qəsəbəsində baş verən uçqun nəticəsində xəsarət alaraq xəstəxanalara yerləşdirilən yaralıların müalicəsi davam edir.

Səhiyyə Nazirliyindən report-a verilən məlumata görə, hadisə zamanı 1 saylı Kliniki Tibbi Mərkəzə 4 nəfər qəbul edilib: "Onlardan birinə ambulator yardım göstərilərək evə buraxılıb. Hazırda müxtəlif travmalar alan üç nəfərin müalicəsi davam edir. Zərərçəkənlərə bütün zəruri yardım göstərilir. Zərərçəkənlərdən heç birinin ölüm təhlükəsi yoxdur".

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilən yaralının da müalicəsi davam edir.

Qeyd edək ki, hadisə ötən gün "Green City" yaşayış-istirahət kompleksinin həyətində qeydə alınıb. Burada tikilməkdə olan iaşə obyekti uçub. Nəticədə orada işləyən şəxslərdən azı 2 nəfəri ölüb, 4 nəfəri xəsarət alıb.

Qaynar.Az