Xəbər lenti

İsveç yığmasının və "Anderlext"in sabiq hücumçusu "Qarabağ"da!
İdman05:27 01.09.2015

İsveç yığmasının və "Anderlext"in sabiq hücumçusu "Qarabağ"da!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qarabağ" dünən transfer işlərini tamamlayıb. Qaynar.info-ya verilən özəl məlumata görə, hollandiyalı Raydell Pupondan istədiyi oyunu ala bilməyən Ağdam təmsilçisi isveçli hücumçu Samuel Armenterosu sıralarına qatmalı olub.

Tam adı Kristiano Samuel Armenteros Nunyes Mendosa Yansson olan futbolçu ilə 2 illik müqavilə bağlanılıb. Qeyd edək ki, Samuel Armenteros İsveçdə doğulsa da, əsli Kubadandır. Bununla belə, 25 yaşlı hücumçu futbolun sirlərinə Hollandiyada yiyələnib. Bu ölkədə "Herenven" və "Herakles"in şərəfini qoruyan Armenteros sonuncu klubunda vurduğu 21 qolla "Qarabağ"ın Avroliqadakı indiki rəqibi "Anderlext"in diqqətini çəkib. Ancaq o da Reynaldo kimi Belçikada özünü göstərə bilməyib və cəmi 5 oyuna çıxa bilib. Belədə 2013-2015-ci illərdə Armenteros "Feyenord" və "Villem II" klublarına icarəyə verilib. Ötən mövsüm "Villem II"də 29 oyuna 11 qola imza atıb.

O, 2008/09 mövsümündə "Herenven"lə Hollandiya kubokunu qazanıb, 2012/13 mövsümündə isə "Anderlext"lə Belçika çempionu olub. Armenteros əvvəllər İsveçin aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb. Belə ki, onun İsveçin U-17, U-19 və U-21 komandalarında çıxış etmək kimi təcrübəsi var.

Qeyd edək ki, "Qarabağ" dünən Makedoniya yığmasının mərkəz müdafiəçisi Vladimir Dimitrovskinin keçidini də həll edib.

Qaynar.info