
İsveçrə Xarici İşlər Nazirliyi Bernin ABŞ-ın eks-ərazi sanksiyalarını tənqid etdiyini, lakin bunun qarşısını ala bilmədiyini söyləyib.
Qaynarinfo xəbər verir ki, bu sözləri İsveçrə səlahiyyətliləri "Allseas”ın iştirak etdiyi Şimal axını-2 qaz kəməri üçün boru kəmərinin çəkilməsi işindən imtina etməsinə münasibət bildirərkən deyib.
Xatırladaq ki, dekabrın 11-də ABŞ-ın Nümayəndələr Palatası "Türk axını" layihəsinə də təsir edən yeni sanksiyaların lehinə səs verib.
Xarici İşlər Nazirliyinin sözçüsü Tilman Renz Bernin maraqlı şirkətlərlə təmasda olduğunu vurğulayıb. Sözçüyə görə, ABŞ-ın sanksiyalarına necə reaksiya verəcəyinə qərar vermək onların ixtiyarındadır.
"Allseas” boruların çəkilməsi işini dayandırdığını bildirib. Respublikaçı senatorlar Ted Kruz və Ron Conson buna qədər şirkətin bütün əməliyyatlarını əngəlləmək, aktivlərini dondurmaq və ABŞ-da yerləşən bütün əmlakına həbs qoymaqla hədələmişdilər.
Alpər