Xəbər lenti

İt dişləyən 5 yaşlı qız dünyasını dəyişdi (FOTO)
Ölkə13:06 17.08.2017

İt dişləyən 5 yaşlı qız dünyasını dəyişdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verdiyimiz kimi Sumqayıtın 10-cu mikrorayonda yerləşən 40-cı evin ərazisində 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızını quduz it dişləmiş və azyaşlının vəziyyəti ağırlaşmışdı.

"Qaynarinfo" xəbər verir ki, xeberle.com-a Zeynəbin əmisi tərəfindən verilən məlumata görə ağır vəziyyətdə olan uşaq bu gün dünyasını dəyişib.

Qeyd edək ki, hadisə iyulun 31-də baş verib. Daha əvvəl Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdiri Nəriman Baxşəliyev bildirmişdi ki, azyaşlı ölümcül vəziyyətdədir və onun sağalma ehtimalı yoxdur.

Qaynarinfo.Az