Xəbər lenti

İtaliya futbolunda "88" nömrəli forma qadağan olundu - SƏBƏB
İdman05:15 28.06.2023

İtaliya futbolunda "88" nömrəli forma qadağan olundu - SƏBƏB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İtaliya Daxili İşlər Nazirliyi və İtaliya Futbol Federasiyası arasında futbolda antisemitizmlə mübarizə niyyəti haqqında bəyannamə imzalanıb.
Qaynarinfo-nun xarici KİV-ə istinadən məlumatına görə qərara əsasən, İtaliya klublarında "88” nömrəli futbolka olmayacaq. Ölkədəki neo-nasist irqçi qrupların nasist lideri Adolf Hitleri tərifləmək üçün istifadə etdiyi "H" ("Heil Hitler") hərfinə qarşılıq olaraq belə qərar verilib. Bu səbəbdən futbolda oyunçuların forma nömrələrində "88"dən istifadə etməsi qadağan olunub.
Daxili işlər naziri Matteo Piantedosi bildirib ki, futbolçuların aldığı "88” nömrəli futbolka ilə yanaşı azarkeşlərin futbolda nasizmi oyadan simvollardan istifadə etməsi də qadağandır.
Hazırda A Seriyasında çıxış edən iki oyunçu "Atalanta"dan Mario Pasaliç və "Latsio"dan Toma Basiç geyindiyi "88" nömrəli formanı yeni mövsümdən etibarən daşımayacaq.
Mətbuatda yayılan xəbərlərə görə, Mateus Prazelik, Canluici Buffon və Marko Bariello kimi oyunçular da əvvəllər İtaliyada "88" nömrəli futbolka geyinirdilər. Lakin tənqidlərdən sonra bu oyunçular onlara simpatiyalarının olmadığını bəyan etmək məcburiyyətində qalıblar.
Səbuhi Həsənov