Xəbər lenti

İtaliya futbolunda VAR-la bağlı yenilik
İdman 16:33 05.07.2023

İtaliya futbolunda VAR-la bağlı yenilik

İtaliya Futbol Federasiyası A Seriyasında keçiriləcək matçların VAR qeydlərinin dərc ediləcəyini açıqlayıb.

Qaynarinfo xarici KİV-ə istinadən məlumat verir ki, gələn mövsümdən etibarən İtaliya çempionatında yenilik ediləcək. Federasiya VAR qeydlərinin matçlardan sonra dərc ediləcəyini açıqlayıb.

Federasiyadan verilən açıqlamada, qeydləri paylaşmaqda məqsədlərinin hakimlərin yaşadıqları çətinlikləri insanlara göstərmək olduğu bildirilib.

Bundan əlavə, İtaliya Futbol Federasiyası VAR qeydlərinin yayımlanması üçün DAZN ilə razılığa gəldiklərini açıqlayıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->