Xəbər lenti

İtaliya millisinin kapitanı bu görüntülərə görə üzr istədi (VİDEO)
İdman12:25 29.03.2022

İtaliya millisinin kapitanı bu görüntülərə görə üzr istədi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İtaliya Milli Komandasının kapitanı Leonardo Bonuççi Şimali Makedoniya matçından sonra soyunub-geyinmə otağındakı çirkin görüntülərə görə üzr istəyib.
Qaynarinfo xəbər verir ki, İtaliya Palermodakı "Renzo Barbera" stadionunda Şimali Makedoniyanı qəbul edib. Bu görüşdə 0:1 hesablı məğlubiyyətə uğrayanitalyanlar 2022-ci il dünya çempionatına vəsiqə hüququndan məhrum olub. Bunun nəticəsi olaraq İtaliya millisinin üzvlərinin istifadə etdiyi  paltardəyişmə otağı səliqəsiz hala salınıb. "Palermo" matçdan sonra çirkli şəkildə qalan və hər tərəfinə zibil atılan soyunub-geyinmə otağının görüntülərini paylaşaraq "Ayıb" ifadəsini işlədib. 
Millinin kapitanı isə mövzu ilə bağlı üzr istəyib. Türkiyə ilə oyundan öncə açıqlama verən Bonuççi "Böyük səhv idi. Bundan sonra daha diqqətli olacağıq. Məyus olduq və bu cür detalların fərq yaradacağını düşünmürdük. Üzr istəyirik" - deyib.
<script async="" src="https://platform.twitter.com/widgets.js" charset="utf-8"> //
Səbuhi Həsənov