Xəbər lenti

İtaliya millisinin sabiq üzvü Azərbaycanda: "Qarabağ", yoxsa "Neftçi"?
İdman10:48 02.01.2020

İtaliya millisinin sabiq üzvü Azərbaycanda: "Qarabağ", yoxsa "Neftçi"?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rumıniyanın "Dinamo" (Buxarest) klubunun yarımmüdafiəçisi Dieqo Fabbrini Azərbaycana transfer olunacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.
Həmkarlarımız iddia edir ki, klubunu dəyişmək istəyən 29 yaşlı futbolçu bu barədə rəhbərliklə söhbəti edib. İtaliya millisinin üzvü artıq Azərbaycana köçmək qərarına gəlib. Amma onun "Qarabağ"a, yoxsa "Neftçi"yə keçəcəyi hələ dəqiqləşməyib. Hər iki klub yarımmüdafiəçinin xidmətində maraqlıdı. 
Fabbrini hər iki klubla danışıqları davam etdirir və yekun qərarını tezliklə verəcək. 
Qeyd edək ki, Fabbrini karyerası ərzində İtaliyanın "Empoli", "Udineze", "Palermo", "Siena", "Spezia", İngiltərənin "Uatford", "Millvall", "Birmingem", "Middlsbro", İspaniyanın "Real Ovyedo", Rumıniyanın "Botoşani" və "Dinamo", Bolqarıstanın ÇSKA klublarına çıxış edib. 2010-2011-ci illərdə İtaliyanın U-21 yığmasında çıxış edən (12 oyun, 1 qol) yarımmüdafiəçi 2012-ci ildə A millidə bir oyun keçirib. O, əsas komandada yeganə oyununa 2012-ci ilin 15 avqustunda İngiltərə ilə keçirilən yoldaşlıq matçında çıxıb.