Xəbər lenti

İtaliyada 2 türk jurnalistə bıçaq çəkildi
İdman12:12 19.10.2016

İtaliyada 2 türk jurnalistə bıçaq çəkildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

UEFA Çempionlar Liqasında bu axşam oynanılacaq "Napoli" - "Beşiktaş" matçını izləmək üçün İtaliyaya gedən türk jurnalistlərə bıçaq çəkilib.

Qaynarinfo.Az xəbər verir ki, hadisə dünən axşam Neapol şəhərinin "Toledo" küçəsində baş verib. 2 türk jurnalistə hücum edən qrupun kimliyi bilinmir. 

Bıçaq çəkilən jurnalistlərdən biri bunu belə izah edib: "Yemək yedikdən sonra "Toledo" küçəsində qarşımıza əvvəl 1 nəfər çıxdı. Sonra onların sayı artdı. 7-8 nəfər idi. Qaçmağa başladıq. Polis görərkən baş verənləri danışdıq və taksiyə minib dərhal otelimizə getdik. Ən kiçik zərər, fiziki müdaxilə olmayıb. Bəxtsiz bir olay idi".

Onu da bildirək ki, həmin gün "Napoli" azarkeşləri "Beşiktaş" fanatlarına da silahlı hücum edib. Bu matçı 2 mindən çox türk azarkeşin izləyəcəyi bildirilir.

Qeyd edək ki, Türkiyənin Romadakı səfirliyi də Neapoldakı türk vətəndaşları ilə bağlı durumu nəzarətinə götürüb.

Qaynarinfo.Az