Xəbər lenti

İtaliyada vəfat edən azərbaycanlı musiqiçi Bakıda dəfn olunacaq
Ölkə07:48 17.08.2020

İtaliyada vəfat edən azərbaycanlı musiqiçi Bakıda dəfn olunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İtaliyada vəfat edən azərbaycanlı vokalçı Eldar Əliyev Bakıda dəfn ediləcək.
Mədəniyyət Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, mərhum vokalçının dəfn mərasimi hər iki ölkənin rəsmi nümayəndələrinin, sənətsevərlərinin iştirakı ilə təntənəli şəkildə keçiriləcək. 
Qeyd edək ki, öz böyük istedadı, bənzərsiz səs tembri ilə dünya opera səhnələrini fəth etmiş azərbaycanlı vokalçı Eldar Əliyev avqustun 4-də İtaliyanın Milan şəhərində 49 yaşında vəfat edib.