Xəbər lenti

İtkin düşən alpinistlərin hərəkət marşrutu üzrə izlər aşkar edilib
Ölkə18:40 27.12.2017

İtkin düşən alpinistlərin hərəkət marşrutu üzrə izlər aşkar edilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmamış "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları hava şəraiti ilə əlaqədar bugünlük dayandırılıb.
Qaynarinfo-nun məlumatına görə, Fövqaladə Hallar Nazirliyinin (FHN) xüsusi riskli xilasetmə xidmətinin alpinisti Sima Səfərova azvision.az-a bildirib ki, axtarışlar zamanı itkin düşən alpinistlərin hərəkət marşrutu üzrə izlər aşkar edilib.
"Həmin yerə baxış keçirilib, məlum olub ki, müəyyən yerdən sonra izlər itib. Hava şəraiti ilə əlaqədar bugünlük axtarışlar dayandırılıb. Sabahdan axtarışlar davam etdiriləcək" - S.Səfərova bildirib.