
“Yoxlamanın səbəb və nəticəsini prosesi aparan qurum bilir”
Bu günlərdə İctimai Televiziya və Radio Yayımları Şirkətində yoxlamalar aparılması barədə xəbərlər yayılıb. Məlumatlara görə, mart ayının əvvəllərində şirkətin dəhlizlərində vergi müfəttişləri görünsə də, onların bu ziyarətinin məqsəd və nəticələri ictimaiyyətə açıqlanmayıb.
AzNews.az yoxlamaların hansı məqsədlə aparıldığını və nəticəsini öyrənməyə çalışıb. İTV-nin mətbuat xidmətinin rəhbəri Tahir Məmmədov AzNews.az-a yoxlamanı aparan qurumla əlaqə saxlamağı məsləhət görüb: “Bizdə elə bir informasiya yoxdur. İstənilən halda yoxlamanın səbəb və nəticəsini prosesi aparan qurum bilir”.
Vergilər Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsi isə xəbəri nə təsdiq, nə də təkzib edib.