Xəbər lenti

İTV-nin Avropa çempionatında hansı oyunları göstərəcəyi müəyyənləşdi
İdman14:14 02.06.2016

İTV-nin Avropa çempionatında hansı oyunları göstərəcəyi müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verdiyimiz kimi, Fransada keçiriləcək futbol üzrə Avropa çempionatını Azərbaycanda İTV və "CBC Sport" telekanalları müştərək canlı yayımlayacaq.

Qaynarinfo.az xəbər verir ki, əsas yayımçı İTV-dir. Lakin bu 2 telekanal arasındakı müqavilə şərtlərinə görə, 23 oyunu İTV, qalan 28 matçı isə "CBC Sport" canlı göstərəcək.

Artıq İTV-nin canlı göstərəcəyi bəzi oyunlar müəyyənləşib. Bura açılış, 1/4 finalın bütün oyunları, hər iki yarımfinal və final da daxildir. Digər matçlara gəlincə, İTV hər oyun günü 1 görüşü yayımlayacaq. Gun ərzində keçiriləcək oyunların ilk seçim hüququ İTV-yə məxsusdur. Artıq qrup mərhələsinin ilk 2 turu üçün Fransa - Rumıniya, İngiltərə - Rusiya, Türkiyə - Xorvatiya, Belçika - İtaliya, Portuqaliya - İslandiya, Fransa - Albaniya, Almaniya - Polşa, İspaniya - Türkiyə və Portuqaliya - Avstriya oyunları sifariş edilib. 3-cü tur və 1/8 final qarşılaşmaları isə çempionat zamanı hadisələrin gedişatından asılı olaraq seçiləcək. 

Qaynarinfo.az