Xəbər lenti

“Çixura”-“Neftçi” matçında növbəti təxribat
İdman05:05 08.08.2014

“Çixura”-“Neftçi” matçında növbəti təxribat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Liqasının III təsnifat mәrhәlәsi çәrçivәsindә "Çixura" vә "Neftçi" arasında keçirilәn oyunda ara qarışıb.

Qaynar.info apasport.az-a xəbər verir ki, yerli azarkeşlәrlә polis arasında toqquşma baş verib.

Belә ki, UEFA-nın müvafiq qərarı ilə cəzalandırılan Gürcüstan klubu stadionun yarısını boş saxlanmalı olsa da, gürcü azarkeşlәr buna әməl etmәyib. Nәticәdә, polis müdaxilә edәrәk onları hәmin sektorlardan uzaqlaşdırmağa çalışıb. Lakin azarkeşlәr buna etiraz edib vә polislә onların arasında toqquşma baş verib.

Sportbox xəbər verir ki, oyunun fasiləsində də növbəti insident yaşanıb. Belə ki, fasilədə gürcü komandasının azarkeşləri erməni dilində banner açıblar. Polis tez işə qarışıb və plakatı yığışdırıb.

Gürcü fanatlar polisin hərəkətinə etiraz əlaməti olaraq, fit çalıblar.

Xatırladaq ki, qarşılaşma 2-3 hesabı ilə "Neftçi"nin qələbəsi ilə başa şatıb və komandamız Avroliqanın play-off mərhələsinə vəsiqə qazanıb.

Qaynar.info