Xəbər lenti

İyunun 28-i avtobuslar işləyəcək? - Rəsmi açıqlama
Ölkə06:07 25.06.2021

İyunun 28-i avtobuslar işləyəcək? - Rəsmi açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək Bakı şəhərində müntəzəm sərnişindaşımaları dayandırılacaq.
Bakı Nəqliyyat Agentliyindən Qaynarinfo-ya bildirilib ki, 26 İyun -  Silahlı Qüvvələr Günü şənbə gününə təsadüf etdiyindən 28 iyun bazar ertəsi günü qeyri-iş günü hesab edilir. 
Lakin Nazirlər Kabinetinin müvafiq qərarında da göstərildiyi kimi, 28 iyun saat 06:00-dan müntəzəm sərnişindaşımaları adi rejimdə icra ediləcək.