Xəbər lenti

Jirinovskinin yaxınına qafqazlı gülləsi dəydi
Ölkə13:11 12.12.2013

Jirinovskinin yaxınına qafqazlı gülləsi dəydi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
34 yaşlı Dağıstan sakini Rusiya Liberal Demokrat Partiyasının (RLDP) funksionerinə silahlı hücum təşkil etməkdə ittiham olunur.

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Sretenka küçəsindəki Crazy Daisy gecə klubunda baş verib. Burada Dağıstan vətəndaşı RLDP-nin fuksioneri, 26 yaşlı Aleksey Drobotla mübahisə edib. Sonra isə ona travmatik tapançadan atəş açıb.

Atəş açan şəxs hadisə yerindən qaçsa da, 48 saat sonra saxlanılıb.

Qeyd edək ki, Drobot Vladimir Jirinovskinin rəhbərlik etdiyi RLDP-nin Engels regionu üzrə koordinatorudur.

Qaynar.info