
“Gənclərin Səsi Radiosu” jurnalist olmaq istəyənlər üçün təcrübə proqramı elan edir.
Radiodan Qaynar.info-ya verilən məlumata görə, təcrübə proqramının iştirakçıları 2 ay müddətində radio-redaksiya mühitində, real efir şəraitində çalışaraq, aşağıdakı işləri görərək bilik və təcrübə qazanmaq şansı əldə edəcəklər.
Təcrübə proqramı aşağıdakı sahələri əhatə edir.
-Radio reportajların və sujetlərin hazırlanması
-Canlı efirin hazırlarnması və idarə olunması
-Radio-debatların təşkili
-Radio layihələrin hazırlanması
-Səs Montajı
-Radioda prodüser işi
-Podcastların hazırlanması
Eyni zamanda təcrübə proqramına aşağıdakı əlavə sahələr daxildir:
-Video reportajların hazırlanması
-Video montajı
-Foto reportajların hazırlanması
-Foto montaj
İştirakçılar əldə edəcəklər:
-Redaksiyada işləmək üçün lazımı bütün texniki biliklərin öyrənilməsi
-Proqramı uğurlu başa vuranlar üçün xüsusi diplom və tövsiyə məktubu
-Gələcəkdə də redaksiya ilə əməkdaşlıq etmək və çalışmaq imkanı
Kimlər müraciət edə bilər:
-18-27 yaş arası tələbələr, həmçinin təcrübəyə ehtiyacı olan ali təhsil müəssisəsini bitirmiş şəxslər
Seçiləcək iştirakçılardan tələb olunanlar:
-Gələcək kariyerasını jurnalistikada görən, jurnalist fəaliyyətinin mahiyyətini başa düşən bütün gənclər (jurnalistika ixtisası üzrə olanlara üstünlük verilsə də, digər ixtisaslı şəxslər də müraciət edə bilərlər)
-Kompüter və İnternetdə sərbəst işləmək bacarığı
-Xarici dil bilikləri olanlara üstünlük verilir
-Təcrübə müddətində regionlara ezam oluna bilər.
İştirak etmək istəyənlər 2013-cü ilin 30 aprel tarixinə qədər CV və maraq məktubunu (təcrübə proqramının müraicət edən şəxsin gələcək karyerasına təsiri barədə) [email protected] ünvanına göndərməlidirlər.
Uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Əlavə məlumat üçün: 055 2878748
Qaynar.info