Xəbər lenti

Jurnalist Pərviz Həşimlini polis saxladı
Ölkə12:03 18.08.2016

Jurnalist Pərviz Həşimlini polis saxladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gununsesi.info saytının baş redaktoru Pərviz Həşimli polis tərəfindən saxlanılıb.

Bu barədə məlumatı Qaynarinfo.Az-a jurnalist Mürtəza Bünyadlı verib:

"Pərviz Həşimli hazırda Nərimanov rayon 16-cı polis bölməsindədir".

Jurnalistin sözlərinə görə, buna səbəb sabiq milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun sürücüsü və yoldaşı Nüşabə Əsədovanın Pərviz Həşimlininin maşınına hücum etməsi olub: "Pərviz Həşimlini tanıyıblar və onun maşının üzərinə digər bir maşınla hücum ediblər.  Ona qarşı qeyri-etik ifadələr işlədilib və fiziki güc tətbiq ediblər". 

Mürtəza Bünyadlı onu da əlavə edib ki, hadisə 16-cı polis bölməsinə yaxın yerdə olduğundan onlar həmin bölməyə aparılıb. Hazırda vəziyyətlə bağlı araşdırma aparılır və ifadələri alınır. 

Qaynarinfo.Az