Xəbər lenti

Jurnalistin məhkəməsi təxirə salındı
Ölkə12:14 28.12.2021

Jurnalistin məhkəməsi təxirə salındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Jurnalist Cəmil Məmmədlinin məhkəməsi təxirə salınıb.
Bu barədə Qaynarinfo-ya Cəmil Məmmədlinin özü məlumat verib.
"Vəkilimin səhhətində problem olduğu üçün proses yanvarın 11-nə təxirə salındı”, - deyə jurnalist bildirib.
Cəmil Məmmədli Qubanın icra başçısı Ziyəddin Əliyev tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib. Jurnalistin məhkəməyə verilməsinin səbəbinə gəlincə, o, Ziyəddin Əliyevin adının keçdiyi korrupsiya faktlarını ictimailəşdirdiyinə hədəfə gəlib.