Xəbər lenti

Jurnalistlər generalın məhkəməsinə buraxılmadı - Hakimdən rəsmi cavab (FOTO)
Ölkə09:46 22.02.2022

Jurnalistlər generalın məhkəməsinə buraxılmadı - Hakimdən rəsmi cavab (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edir. 
Qaynarinfo xəbər verir ki, media mənsubları bu gün keçirilən prosesə də buraxılmayıb. Jurnalistlər açıq məhkəmə iclasında iştirak etmək üçün Elbəyi Allahverdiyevə müraciət etsələr də, nəticəsi olmayıb. Hakimin jurnalistlərin müraciətinə rəsmi cavabında qeyd edilir ki, media mənsublarının prosesə buraxılmaması pandemiya ilə əlaqədardır.
"Koronavirus infeksiyasına yoluxma proses iştirakçılarından və məhkəmə heyətinə daxil olan hakimlərdən də yan keçməmiş, nəticədə bu işlə bağlı təyin edilmiş bir neçə məhkəmə iclası təxirə salınıb. Odur ki, qanunvericliyin tələblərinə uyğun çoxsaylı proses iştirakçılarının məhkəmə iclaslarında, qapalı məkanda iştiraklarının təmin edilməsi məcburiliyini, onların bir-birinə təmasının minimuma endirilməsi zərurətini nəzərə alaraq son günlərdə koronavirus infeskiyasına yoluxanların sayında əhəmiyyətli artım müşahidə olunması fonunda iş ahəngini pozmamaq şərtilə koronavirus infeksiyasına qarşı mübarizənin səmərəli təşkil edilməsi məqsədilə media nümayəndələrinin sözügedən məhkəmə iclaslarında iştirakları məqsədəmüvafiq deyil”, deyə Elbəyi Allahverdiyevin rəsmi cavabında bildirilir.
Jurnalistlərin prosesdə iştirakı ilə bağlı vəkil Osman Kazımov da vəsatət qaldırıb. Elbəyi Allahverdiyevin cavabından aydın olur ki, vəsatət təmin edilməyib.
Hakim media mənsublarının iclasa buraxılmamasını pandemiya ilə izah etsə də, zərərçəkənlər hesab edir ki, media mənsublarının prosesdən təcrid edilməsi müttəhimlərin sifarişi ilə baş verib. Onların iddiasına görə, müttəhim kürsüsündə əyləşən ləğv edilmiş MTN-nin yüksək vəzifəli şəxsləri jurnalistlərin prosesdə iştirakında maraqlı deyil. Onlar törətdikləri əməllərin geniş ictimaiyyətə açıqlanmasını istəmirlər. Zərərçəkənlərin sözlərinə görə, müttəhimlər hətta onlara da təzyiq edərək ifadə verərkən korrekt danışmağı tələb edirlər.
Seyid