
Bakının mərkəzində Hepatit B virusuna yoluxan 25 yaşlı gənc üçün aksiya keçirilib
Azərbaycanlı jurnalistlər həmkarlarına dəstək üçün aksiya keçiriblər.
ANS PRESS-in məlumatına görə, Hepatit B virusuna yoluxan Nizami Eyvazova dəstək aksiyası paytaxt Bakının mərkəzində baş tutub.
Onun həmkarları əllərində N.Eyvazovun fotolarını tutaraq dəstək istəyiblər. Bir neçə gənc isə gitara çalaraq mahnı oxuyub. Nəticədə yoldan keçənlər əllərindən gələn yardımı əsirgəməyiblər.
Hazırda qara ciyər serrozundan əziyyət çəkdiyi üçün xəstəxanada yatan 25 yaşlı gəncin əməliyyatı üçün 55 min manat lazımdır.
Qaynar.info