Xəbər lenti

Jurnalistlərə qanunsuz yollar öyrədən mütəxəssis istefaya göndərildi
İdman11:25 28.09.2016

Jurnalistlərə qanunsuz yollar öyrədən mütəxəssis istefaya göndərildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İngiltərə millisinin baş məşqçisi Sem Ellardays istefaya göndərilib.

Qaynarinfo.Az xəbər verir ki, 61 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Buna onun korrupsiya qalmaqalında iştirakı səbəb olub. Səhvini qəbul edən Ellardaysla əməkdaşlığa son verilib.

Qeyd edək ki, Sem Ellardays özünü biznesmen kimi təqdim edən "Deyli Teleqraf"ın jurnalistlərinə İngiltərə Premyer Liqasındakı transfer bazarından qeyri-qanuni yolla gəlir əldə etməyin yollarını izah edib və bunun əvəzində ilkin olaraq onlarla 400 min funt sterlinqlik müqaviləyə razılıq verib. Məhz bu xəbər mətbuatda yayıldıqdan sonra onun istefaya göndərilməsindən başqa yol qalmayıb.

Onu da bildirək ki, İngiltərə millisinin qarşıdakı 4 oyunu (Malta, Sloveniya, Şotlandiya və İspaniya) müvəqqəti olaraq Qaret Sautqeytə tapşırılıb. İngiltərə Futbol Assosiasiyası bəyan edib ki, yeni məşqçi axtarışlarına başlayıblar. Assosiasiyanın icraçı direktoru Martin Qlenn isə verdiyi qurumun TV-nə verdiyi müsahibədə bildirib ki, verdikləri qərar çətin və ağrılı olsa da, doğrudur.

Qaynarinfo.Az