Xəbər lenti

Jurnalistlərin Ağsu səfəri baş tutmadı - Qara görə
İdman10:48 01.02.2017

Jurnalistlərin Ağsu səfəri baş tutmadı - Qara görə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Peşəkar Futbol Liqası və "Topaz"ın birgə layihəsi çərçivəsində bu günə nəzərdə tutulan idman jurnalistlərinin Ağsu şəhərinə səfəri baş tutmayıb.

Qaynarinfo.Az xəbər verir ki, ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti səbəbindən I Divizionun XIV turunun "Ağsu” – "Bakılı” görüşü təxirə salınıb. Oyundan öncə noyabr ayının ən yaxşı qolunun müəllifi (Nurlan Məmmədzadə, "Bakılı”) mükafatlandırılması nəzərdə tutulsa da, bu mərasim də baş tutmayıb. Həmçinin Mingəçevirdə bu günə nəzərdə tutulan "Energetik" - MOİK matçı da qara görə təxirə salınıb.

Qeyd edək ki, daha öncə eyni səbəbdən I Divizionun "Göyəzən” – "Qaradağ Lökbatan” və "Şahdağ” – "Zaqatala” matçlarının keçirilmə tarixi dəyişdirilib. Matçlar 2 fevral tarixindən 27 fevral tarixinə keçirilib.

Qaynarinfo.Az