
Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.
Qaynarinfo.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının V turunun “Qarabağ” – “Zirə” matçında “Zirə” klubunun baş məşqçisi Adil Şükürov oyunsonrası mətbuat konfransına gecikdiyinə görə xəbərdarlıq olunub. İK həmçinin onu da bildirib ki, bu hal yenidən təkrarlanacağı təqdirdə daha ağır cərimə olunacaq.
Qeyd edək ki, "Qarabağ"ın 2:0 qalib gəldiyi oyundan sonra Adil Şükürov təxminən 30 dəqiqə gec mətbuat konfransına gəlib. Bu üzdən baş məşqçi Masazır qəsəbəsindəki "Əlincə Arena"nın konfrans zalına daxil olarkən jurnalistlər boykot addımı olaraq ona heç bir sual verməyiblər.
Qaynarinfo.Az