Xəbər lenti

Dünya 16:22 18.06.2022

Kabil Sıx məbədində intiharçı partlayış olub

Kabildəki Sıx məbədində kamikadzelər özünü partladıb. Nəticədə bir neçə nəfər ölüb və yaralanıb.

Qaynarinfo bu barədə "Indipendent"in fars bölməsinə istinadən xəbər verir.

Məlumata görə, iyunun 18-də Əfqanıstan vaxtı ilə səhər saat 9.00-da Kabilin Karteh Pərvan rayonunda bir neçə silahlı şəxs Sıx məbədinə hücum edib.

Senatda əfqan sikhlərinin keçmiş nümayəndəsi Anarkali Henryar "The Independent Farsi” qəzetinə deyib ki, hücum edənlər əvvəlcə ziyarətgah mühafizəçisini hədəf alıb, sonra isə ziyarətgah binasına daxil olublar.

Henryarın sözlərinə görə, onlar məbədin girişində bombanı işə saldıqdan sonra ziyarətgahın hər iki tərəfindəki iki qapıdan içəri daxil olub və ziyarətgahın müxtəlif hissələrinə bir neçə əl qumbarası atıblar və bu da ziyarətgahı yandırıb.

O əlavə edib ki, hücum zamanı hinduizmin ardıcılları olan bir sıra Sıx icmasının üzvləri gündəlik dini mərasimlərini icra edirmiş.

İtkilərlə bağlı Henryar deyib ki, indiyədək bir neçə nəfərin, o cümlədən Sıx icmasının üzvü Svinder Sinqhin öldüyü təsdiqlənib, lakin itkilərin dəqiq sayl hələlik bəlli deyil.

M.Arif

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->