Xəbər lenti

Dünya 16:08 05.08.2022

Kabil və Urumçi arasında birbaşa uçuşlar tezliklə bərpa olunacaq

Ariana Əfqanıstan Hava Yolları verdiyi elanda tezliklə Kabil Hava Limanından Çinin Urumçi şəhərinə və əksinə birbaşa uçuşları bərpa edəcəyini açıqlayıb.

Qaynarinfo bu barədə Anadoluya istinadən xəbər verir.

Bu elana əsasən, Kabil və Urumçi arasında birbaşa uçuşlar iki həftə ərzində bərpa olunacaq.

Qeyd edilir ki, Taliban Əfqanıstanda nəzarəti ələ keçirdikdən və bu qruplaşmanın müvəqqəti hökuməti bu ölkədə hakimiyyətə gəldikdən sonra bir çox xarici uçuşlar dayandırılıb.

Çinin Urumçi şəhəri və ətrafı əsasən müsəlmanlardır, orada milyonlarla uyğur türkü yaşayır.

M.Arif

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->