Xəbər lenti

Kadi Borges: "Bu, "Qarabağ"ın gücüdür"
İdman18:15 12.07.2022

Kadi Borges: "Bu, "Qarabağ"ın gücüdür"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Belə matçdan sonra nə demək olar? Bu, "Qarabağ"ın gücüdür. Evdə necə rahat olduğumuzu göstərdik".
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Kadi Borges Bakıda Polşa "Lex"inə 5:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
26 yaşlı yarımmüdafiəçi hər matçın fərqli olduğunu bildirib: "Bəzən oyunumuz alınmaya bilər. Əsas odur ki, başımızı dik tutaq".
Borges II təsnifat mərhələsindəki rəqibləri İsveçrə "Sürix”inin də çətin komanda olduğunu sözlərinə əlavə edib.