Xəbər lenti

Kadi ilk oyunda fərqləndi,
İdman 21:01 11.02.2025

Kadi ilk oyunda fərqləndi, "Qarabağ" 5 qol vurdu

"Qarabağ" Misli Premyer Liqasının XXII turunun bağlanış oyununda "Səbail"i böyük hesabla məğlub edib.


Qaynarinfo-nun məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda rəqibini 5:0 hesabı ilə üstələyib.


Ağdam təmsilçisinin heyətində Yassin Benzia (76), Leandro Andrade (80, 85), Kadi Borges (88) və Nəriman Axundzadə (90+3) fərqlənib.


Bu qış "Qarabağ"a qayıdan Kadi ilk oyuna çıxıb və debütdə fərqlənib.


"Köhlən atlar" 53 xalla liderdir. Bakı klubu 16 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.


Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" evdə "Sumqayıt"ı (1:0), "Sabah" isə "Turan Tovuz"u (2:1) məğlub edib. "Neftçi" səfərdə "Zirə"dən üstün olubsa (2:1), "Araz-Naxçıvan" - "Kəpəz" görüşündə hesab açılmayıb

.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->