Xəbər lenti

Kadidən qələbə şərhi: "Yaxşı çıxış etdik"
İdman18:41 19.07.2022

Kadidən qələbə şərhi: "Yaxşı çıxış etdik"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Bakıda İsveçrə "Sürix"ini 3:2 hesabı ilə məğlub edib. 
Qaynarinfo xəbər verir ki, Ağdam təmsilçisinin futbolçusu Kadi Borges matçdan sonra fikirlərini "CBC Sport"a paylaşıb: 
"Həm ötən matçda, həm də bu görüşdə yaxşı çıxış etdik. Məşqdə etdiklərimizi oyunlarda göstərməyə çalışırıq. Rəqibin müdafiəsində problemlərin olmasını düşünməməliyik. Növbəti görüşdə də baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq".
Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 27-də Sürixdə baş tutacaq.