Xəbər lenti

Kaka "Milan"a qayıdır?
İdman09:05 31.08.2013

Kaka "Milan"a qayıdır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Real"ın (Madrid) futbolçusu Kaka sabiq komandası "Milan"a transfer olunmağa çox yaxındır.

Qol.Az-ın "Eurosport.com"a istinadən verdiyi məlumata görə, son açıqlamasında Madrid klubun ayrılmaq istədiyini deyən braziliyalı oyunçu İtaliya təmsilçisi ilə ilkin razılığa gəlib.

Futbolçusu Baotenqi "Şalke"yə satdığı üçün Kakanı heyətinə qatmaq istəyən "Milan"ın bu transferi yaxın günlərdə rəsmən tamamlayacağı gözlənilir.

Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi 2009-cu ildə 55 milyon avro müqabilində məhz "Milan"dan "Real"a transfer olunub.

Qaynar.info