Xəbər lenti

Kaladze yenə Azərbaycana gəlir – Qaz danışıqları
Ekonomiks14:06 22.02.2016

Kaladze yenə Azərbaycana gəlir – Qaz danışıqları

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gürcüstanın energetika naziri Kaxa Kaladze fervarlın 29-u yenidən Azərbaycana səfər edəcək.

Bu barədə AzVision.az Gürcü KİV-nə istinadən xəbər verir. Kaladze bəyan edib ki, o “SOCAR” şirkətinin nümayəndələri, həmçinin konsorsium rəhbərliyi ilə görüşlər keçirəcək. 

“Biz Şah-Dəniz qaz kəmərindən əlavə qaz tədarük etmək üçün aktiv şəkildə iş aparırıq. Biz bu məsələdə nikbinik və düşünürük ki, böyük ehtimalla müəyyən razılaşma əldə edəcəyik. Məhz bundan sonra bizdə "Qazprom"la danışıqları necə yekunlaşdıracağımıza dair tam fikir formalaşacaq”, - deyə Kaladze vurğulayıb. 

"Qazprom" rəhbərliyi bir neçə gün əvvəl Vyanada "Qazprom" rəhbərliyi ilə keçirilən görüşdən danışan gürcü nazir razılaşmanın əldə olunmadığını bildirib. Kaladze bu məsələnin yaxın bir neçə gündə həll olunacağını vurğulayıb. 

Qaynar.info