Xəbər lenti

Kamal Abdulla Sahibəz-zaman məscidinə baş çəkdi
Ölkə06:50 06.07.2014

Kamal Abdulla Sahibəz-zaman məscidinə baş çəkdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla ötən gün Neftçala İcra Hakimiyyətində rayon ziyalıları və dindarlarla görüşüb.

Görüşdə Azərbaycanda çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri barədə fikir mübadiləsi aparılıb. Kamal Abdulla Prezident İlham Əliyevin dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşdığını qeyd edib, ölkəmizdə dövlət-din münasibətləri, tolerantlıq sahəsində görülən işlər və həyata keçirilən layihələrdən danışıb.

Görüş başa çatdıqdan sonra Kamal Abdulla Neftçala şəhərindəki İmam Sahibəz Zaman məscidində dindarlarla söhbət edib. Görüşdə qeyd olunub ki, hazırda rayonda 45 məscid, 1 kilsə var.

Qaynar.info