Xəbər lenti

Kamran Ağayev avtomobil qəzası keçirib? - Açıqlama
İdman06:03 26.09.2016

Kamran Ağayev avtomobil qəzası keçirib? - Açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu günlərdə Portuqaliyanın "Boavişta” klubu ilə müqavilə imzalayan millimizin üzvü Kamran Ağayevin başına arzuolunmaz hadisə gəlib.

Futbol11.az xəbər verir ki, təcrübəli qolkiperimizin Portuqaliyada avtomobil qəzası keçirməsi barədə sosial şəbəkədə məlumat yayılıb. 

Yayılan məlumatlara görə, hadisə komandanın dünənki məşqindən sonra baş verib. Onun ciddi xəsarət aldığı deyilir.

Məsələyə aydınlıq gətirmək üçün Ağayevlə əlaqə saxladıq. O isə saytımıza açıqlamasında salamat olduğunu, belə bir hadisənin baş vermədiyini qeyd etdi. 

Qaynarinfo.Az