Xəbər lenti

Kamran Ağayev “Qəbələ”də
İdman13:41 31.01.2014

Kamran Ağayev “Qəbələ”də

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan millisinin qapıçısı Kamran Ağayev karyerasını “Qəbələ”də davam etdirməyə yaxındır.

Qol.Az-ın məlumatına görə, bununla bağlı “Qəbələ” və “Bakı” arasında aparılan danışıqlar yekunlaşmaq üzrədir.

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Qol.Az saytına açıqlamasında K.Ağayevlə danışıqlar apardıqlarını təsdiqləyib. O bildirib ki, Ağayevin komandalarında oynamaq ehtimalı yüksəkdir: “Onun “Qəbələ”yə keçidi məsələsi həll olunmaq ərəfəsindədir. Amma hər şey sabah dəqiqləşəcək”.

Qeyd edək ki, “Bakı”nın baş məşqçisi Milinko Pantiç K.Ağayevin intizamsızlığını əsas gətirərək onun transferə çıxarılmasına qərar verib.

Qaynar.info