
Bu yay Portuqaliyanın "Boavişta" klubuyla müqavilə imzalayan yığmamızın futbolçuları - Emin Mahmudov və Kamran Ağayev klubun müzeyinə baş çəkib.
Qaynarinfo.Az xəbər verir ki, klub rəhbərliyinin təşəbbüsüylə bütün komanda üzvləri "Portu" ilə vacib qarşılaşma öncəsi 113 yaşı olan klubun muzeyinə ekskursiya edib və keçmişdə qazanılan nailiyyətlərlə tanış olublar.


Qeyd edək ki, bu gün Portu derbisi olacaq. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq "Portu" - "Boavişta" matçını "CBC Sport" telekanalı canlı yayımlayacaq. Bu görüşdə Kamran Ağayevin məşhur həmkarı İker Kasilyasa qarşı oynayacağı gözlənilir.
Qaynarinfo.Az