
Futbol üzrə Portuqaliya çempionatında XIII turun oyunları keçirilib.
Prosport.az xəbər verir ki, azərbaycanlı futbolçular - Kamran Ağayevlə Emin Mahmudovun formasını geydiyi "Boavişta" da növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda "Vitoriya Gimaraynş"la qarşılaşıb. Görüş ev sahiblərin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Kamran yenə start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb. Emin isə 70-ci dəqiqədən sonra meydana daxil olub.
Qeyd edək ki, "Boavişta" hazırda 13 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.