
"Sumqayıt" Futbol Klubu daha bir futbolçu ilə güclənib.
Qaynarinfo.Az xəbər verir ki, komanda yığmamızın qapıçısı Kamran Ağayevi heyətinə qatıb. 30 yaşlı qolkiper komanda ilə 1 illik müqavilə imzalayıb.
2008-ci ildən Azərbaycan millisinin şərəfini qoruyan Kamran Ağayev yığmamızla 60 dəfə meydana çıxıb.
Qeyd edək ki, Kamran Ağayev ötən mövsümü Bakının "İnter" klubunda keçirib.
Qaynarinfo.Az