
Millimizin futbolçuları Kamran Ağayevlə Emin Mahmudovun şərəfini qoruduğu “Boavişta” klubu Portuqaliya Premyer Liqasının XIV turunda səfərdə autsayder “Tondela” ilə heç-heçə edib – 1:1. Ağayev 90, Mahmudov isə 2-ci 45 dəqiqədə meydanda olub.
Qaynarinfo.Az xəbər verir ki, matçdan sonra millimizin hər iki futbolçusu “Tondela”nın 45-ci dəqiqədə qolunun müəllifi olan rusiyalı müdafiəçi Vitali Lıstsovla şəkil çəkdiriblər. Kamranın özünü məyus edən futbolçu ilə şəkil çəkdirməsi isə bir qədər qeyri-adi alınıb.
Qeyd edək ki, Emin Mahmudovla Vitali Lıstsov vaxtı ilə Rusiyanın 21 yaşadək futbolçulardan ibarət komandasının heyətində çiyin-çiyinə oynayıblar. Lıstsov hazırda "Tondela"da çıxış etsə də, müqavilə ilə "Benfika"ya məxsusdur.
Qaynarinfo.Az