Ölkə 16:30 30.12.2022

Kamran Əliyevdən Naxçıvana təyinat

Naxçıvan Muxtar Respublikasına yeni prokuror müavini təyin olunub.

Qaynarinfo əldə etdiyi xəbərə görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmri ilə Sənan Paşayev bu vəzifəyə təyin edilib.

Sənan Paşayev Baş Prokurorluğunun İstintaq İdarəsinin rəsi müavini vəzifəsindən azad edilib.

Xatırladaq ki, bundan əvvəl Naxçıvan MR prokurorunun müavini Vasif Talıbovun qardaşı Məhərrəm Talıbov idi.