Xəbər lenti

Kanadada yaşayan Azəbaycan əsilli yazıçı vəfat etdi
Ölkə11:54 25.03.2022

Kanadada yaşayan Azəbaycan əsilli yazıçı vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan əsilli iranlı yazıçı Rza Bərahani 86 yaşında Kanadanın Toronto şəhərində vəfat edib.
Bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruz məlumat verib.
Onun sözlərinə görə, Rza Bərahinin vəfat xəbərini oğlu Oktay Bərahəni təsdiqləyib.
Rza Bərahani 1935-ci ildə Təbriz şəhərində anadan olub. O, Cənubi Azərbaycandakı ana dili hərəkatının əsas nümayəndələrindən biri kimi tanınır. Sonralar yazıçı Kanadada məskunlaşıb və 2001-2003-cü illərdə Kanadanın "Pen Klubu”nun sədri vəzifəsində fəaliyyət göstərib. Daha çox hekayəçi kimi tanınır.
Qeyd edək ki, Rza Bərahani "Nobel" mükafatına namizəd göstərilib, lakin namizədliyi geri götürülüb.