Qadınlardan ibarət Zambiya futbol millisinin kapitanı Barbara Bandanın anası qızının testosteron testinin qondarma nəticələrinə görə şoka düşdüyünü və vəziyyəti tanrının ixtiyarına buraxdığını söyləyib.
Bunu futbolçunun anası "CBC Television News Zambian" kanalına müsahibəsində deyib:
"Mənim qızım kişi deyil! Əlsində hər şeyi komandanın baş məşqçisi Brüs Mvape və tanrı bilir".
Qızının Afrika Millətlər Kubokundan uzaqlaşdırılması xəbərini necə qəbul etdiyini soruşduqda emosional ana şərh verməkdən imtina edib və heç vaxt media ilə danışmayacağına söz verib.
Xatırladaq ki, bir neçə gün əvvəl yerli jurnalistlər turniröncəsi Barbaranın komanda ilə birlikdə olmamasının səbəbini onun orqanizmində yüksək testosteron səviyyəsinin aşkarlanması ilə izah ediblər. Bundan əlavə, bəzi mənbələr kapitanın kişi olduğu barədə də informasiyalar yayıblar.
Zambiya Futbol Federasiyasının məsələyə biganəlik göstərməsi isə yerli azarkeşlərin ciddi narazılığına səbəb olub.
Mənbə: Fanat.az