Xəbər lenti

Karantin qaydaları ilə bağlı bu tələb qüvvədə saxlanıldı (RƏSMİ)
Ölkə12:29 09.03.2022

Karantin qaydaları ilə bağlı bu tələb qüvvədə saxlanıldı (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xüsusi karantin rejimi çərçivəsində fəaliyyətinə icazə verilən iş və xidmət sahələri ilə bağlı nəzarət profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev "Report"a bildirib ki, bu sahədə sui-istifadə hallarının qarşısını almaq məqsədilə şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibinin həmin obyekt daxilində müvafiq məlumatları - mərasiminin keçirilməsi tarixinə ən azı 5 gün qalmış "icaze.e-gov.az” portalına daxil etməsi ilə bağlı tələb qüvvədə saxlanılır.