Xəbər lenti

Karantin uzansa, çempionatın aqibəti necə olacaq? - PFL-dən açıqlama
İdman07:11 28.04.2020

Karantin uzansa, çempionatın aqibəti necə olacaq? - PFL-dən açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün PFL-in yaydığı açıqlamada bildirilib ki, mayın 4-ü saat 0:00 tarixində karantin bitsə, çempionat bərpa olunacaq. 
Ancaq maraqlıdı ki, bəs karantin 1 həftə və ya daha artıq müddətə uzansa, çempionatın bərpasına şans qalacaqmı?
Sualımızı PFL-in mətbuat katibi Aslan Şahgəldiyev cavabladı.
Qurum rəsmisi Sport7.az-a açıqlamasında bildirib ki, "İnşallah, karantin uzanmaz. Onsuz da hər şey günü-gündən düzəlir, qərarlar yumşaldılır. Amma uzadılsa belə, o demək deyil ki, şans qalmır. UEFA bildirir ki, yeni mövsümün başlamasına kimi çempionatınızı bitirməyi tövsiyyə edirik. Düzdü, dəqiq tarix açıqlamırlar, amma bu hardasa iyulun sonu-avqustun əvvəli nəzərdə tutulur. Sadəcə olacaq karantin müddəti artırılsa, çempionatın başlanma tarixi yenə uzadılacaq. Ümid edək ki, karantin müddəti uzadılmayacaq". 
 
Röya Kərimli