Xəbər lenti

Karateçilərimiz bürünc medal uğrunda yarışacaq
İdman09:31 14.05.2022

Karateçilərimiz bürünc medal uğrunda yarışacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mərakeş Krallığının paytaxtı Rabatda Karate1 Premyer Liqa turnirinin 3-cü mərhələsində ilk yarışı günü milli komandamız üçün uğurlu keçib. 
Qaynarinfo xəbər verir ki, yarışda iştirak edən 3 idmançımızdan ikisi mübarizəyə başlayıb. Yarımfinalda qələbəni əldən verən Əminağa Quliyev (-60 kg) bürünc medal uğrunda görüşə qatılacaq. Onun rəqibi 1/4 finalda tanınmış yerli idmançıya məğlub olan digər karateçimiz Sultan Hüseynov olacaq. Medal görüşləri bazar günü keçiriləcək. Şənbə günü isə daha bir idmançımız İrina Zaretska yarışda çıxış edəcək. 
13-15 May tarixlərində Rabat şəhərində Karate1 Premyer Liqa turnirinin 3-cü mərhələsində 48 ölkədən 238 idmançı iştirak edir.
Səbuhi Həsənov