Xəbər lenti

Karateçimiz 3 dünya çempionunu məğlub edib qızıl qazandı
İdman06:35 21.03.2017

Karateçimiz 3 dünya çempionunu məğlub edib qızıl qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qadınlardan ibarət milli komandanın favoriti İrina Zaretska (-68 kq) Hollandiyanın Rotterdam şəhərində keçirilən Karate 1 Premyer Liqa turnirinin qalibi olub.

"Qaynar" Azərbaycan Karate Federasiyasına istinadla bildirir ki, İrina Zaretska Dünya Karate Federasiyasının bu rəsmi mötəbər turnirinin qızıl medalınadək altı görüşdə son illərin üç dünya çempionuna qalib gəlib.

Milli komandamızı martın son günləri, aprelin əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində mövsümün növbəti Karate 1 Premyer Liqa turniri gözləyir. Göygöl Olimpiya İdman Kompleksində təlim-məşqləri başa vuran karateçilərimiz üçün qarşıdakı nüfuzlu turnir Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına son hazırlıq yarışı olacaq.

İslam Oyunlarında iştirak edəcək tam heyət Dubay Premyer Liqasından sonra dəqiqləşəcək. İslam ölkələrinin milli komandaları itirak etdiyindən bu yarış karateçilərimiz üçün İslam Oyunları ərəfəsində mühüm sınaq sayılır.

Qaynar.Az